Ajmal
Hacı Ajmal
Əli, Ajmal markasının təsisçisi, kiçik bir
hind kəndində, yoxsul
fermer ailəsində dünyaya gəlmişdir. Əli bir müddət ədviyyat satıcısı kimi işləyir,
lakin ötən əsrin 50-ci illərində o, zərif cinsin nümayəndələrini məftun edə biləcək,
təkrarolunmaz ətir yaratmaq qərarına gəlir. Ajmal çox istedadlı və ağıllı idi və
bu xüsusiyyəti ona ideyasını reallaşdırmağa, arzusunu həyata keçirməyə kömək
edir. Nəhayət o, olduqca zərif, xanımların ürəyinə yol tapa biləcək parfüm
yarada bilir. Onun parfümü cah-cəlal içində yaşayan, dəbdəbə sevən qadınların
sevimlisinə çevrilir. Bu uğurdan sonra tacir, tezliklə dünyada analoqu olmayan
Ajmal markasını yaradır.
İlk zamanlar parfümlər yalnız Hindistan ərazisində
istesal olunsa da, sonradan fabrik BƏƏ köçürülür. Fabrikin BƏƏ köçürülməsindən
sonra marka dünyada məhşurlaşır.
Hal-hazırda Ajmal brendi ətriyyat sahəsində, dünya
bazarında lider mövqeyini tutmaqda davam edir. 2004-cü ildə şirkət Dubayda yüksək
texnologiyalı qurğularla təchiz edilmiş "Ajmal Perfumes" adlı iri
zavodunu inşa etdikdən sonra xeyli genişlənmişdir.
Əvvəlcə Ajmal ətirləri ailə biznesi kimi yaradılsa
da, bu gün korporasiyanın mövcud prinsipləri dəyişməz olaraq qalır. Əli Ajmalın
oğlu Nazir, atasının işini layiqincə davam etdirmişdir. O, bu işə peşəkarlıqla
yanaşmış, unikal, parlaq və cəlbedici ətirlər yaratmağın sirlərini öyrənmiş, ətirlərin
sahibləri üçün təzadlı şleyflər, bir flakonda toplanmış qoxuların müxtəlif
kombinasiyaları və harmoniyalarını yaratmağa imkan verən, yeni texnikalardan
faydalanmışdır.
Hacının
biznesini artıq üçüncü nəsli uğurla inkişaf etdirməyə davam edir və məhsulun
keyfiyyəti getdikcə artır. Bu bir daha onu vurğulayır ki, ailə öz işinə
maksimal dərəcədə ciddi və məsuliyyətlə yanaşır. Hər bir yeni kolleksiyada,
təkrarolunmaz şərq notları saxlanılır.
Hal-hazırda
dəbdə olan tendensiyaları izləyən və məşhur brendlər haqqında məlumatlı olan
istənilən qadın, şübhəsiz ki, bu brendin ətirləri barədə xəbərdardır. Ajmal
ətirlərinin qarşısında müqavimət göstərmək mümkün deyil – o, heyrətamiz və təkrarolunmazdır.