Menu
Sənin kartın

Ajmal

Ajmal

Hacı Ajmal Əli, Ajmal markasının təsisçisi, kiçik bir hind kəndində, yoxsul fermer ailəsində dünyaya gəlmişdir. Əli bir müddət ədviyyat satıcısı kimi işləyir, lakin ötən əsrin 50-ci illərində o, zərif cinsin nümayəndələrini məftun edə biləcək, təkrarolunmaz ətir yaratmaq qərarına gəlir. Ajmal çox istedadlı və ağıllı idi və bu xüsusiyyəti ona ideyasını reallaşdırmağa, arzusunu həyata keçirməyə kömək edir. Nəhayət o, olduqca zərif, xanımların ürəyinə yol tapa biləcək parfüm yarada bilir. Onun parfümü cah-cəlal içində yaşayan, dəbdəbə sevən qadınların sevimlisinə çevrilir. Bu uğurdan sonra tacir, tezliklə dünyada analoqu olmayan Ajmal markasını yaradır.

İlk zamanlar parfümlər yalnız Hindistan ərazisində istesal olunsa da, sonradan fabrik BƏƏ köçürülür. Fabrikin BƏƏ köçürülməsindən sonra marka dünyada məhşurlaşır.

Hal-hazırda Ajmal brendi ətriyyat sahəsində, dünya bazarında lider mövqeyini tutmaqda davam edir. 2004-cü ildə şirkət Dubayda yüksək texnologiyalı qurğularla təchiz edilmiş "Ajmal Perfumes" adlı iri zavodunu inşa etdikdən sonra xeyli genişlənmişdir.

Əvvəlcə Ajmal ətirləri ailə biznesi kimi yaradılsa da, bu gün korporasiyanın mövcud prinsipləri dəyişməz olaraq qalır. Əli Ajmalın oğlu Nazir, atasının işini layiqincə davam etdirmişdir. O, bu işə peşəkarlıqla yanaşmış, unikal, parlaq və cəlbedici ətirlər yaratmağın sirlərini öyrənmiş, ətirlərin sahibləri üçün təzadlı şleyflər, bir flakonda toplanmış qoxuların müxtəlif kombinasiyaları və harmoniyalarını yaratmağa imkan verən, yeni texnikalardan faydalanmışdır.

Hacının biznesini artıq üçüncü nəsli uğurla inkişaf etdirməyə davam edir və məhsulun keyfiyyəti getdikcə artır. Bu bir daha onu vurğulayır ki, ailə öz işinə maksimal dərəcədə ciddi və məsuliyyətlə yanaşır. Hər bir yeni kolleksiyada, təkrarolunmaz şərq notları saxlanılır.

Hal-hazırda dəbdə olan tendensiyaları izləyən və məşhur brendlər haqqında məlumatlı olan istənilən qadın, şübhəsiz ki, bu brendin ətirləri barədə xəbərdardır. Ajmal ətirlərinin qarşısında müqavimət göstərmək mümkün deyil – o, heyrətamiz və təkrarolunmazdır.

Brend: Ajmal
Ajmal Violet Musk - Kişilər və qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq ətirləri qrupuna aiddir. Ətir 2015-ci ildə istehsal olunmuşdur. Ətrin parfümeri Abdulla Ajmaldır.  Üst notlar: Müşk ,İnciçiçəyi ,İlanq-ilanq ,Qızılgül; Orta notlar: Bənövşə; Əsas notlar: Kəhrəba,..
45,00AZN Vergiler Hariç:45,00AZN
Gösterilen: 13 ile 13 arası, toplam: 13 (2 Sayfa)