Azzaro
Loris Azzaro, “Azzaro” markasını 1962-ci ildə
Parisdə təsis etmişdir. Loris 1933-cü ildə İtaliyanın Tuluza şəhərində anadan
olmuşdur. Fransız mədəniyyətinə böyük marağı olan Loris, Tuluzada fransız
dilini tədris etmişdir. Daha sonra universitetde siyasi təhsil alan dizayner,
Michelle adlı model xanımla tanış olur. Daha sonra dizaynerin həyat yoldaşı
olan xanım, ona öz aksessuar markasını yaratmağı tövsiyyə edir. Beləliklə,
dizayner Parisə köçür və orada öz brendini təsis edir. 1968-ci ildən etibarən
dizayner və geyimləri tanınmağa başlayır. Fransız elitası üçün dizayn etdiyi
libaslar dizaynerə böyük şöhrət gətirir. Brigitte Bardot, Sophia Loren, Tina Turner, Isabelle Adjani, Nicole Kidman və s. məhşurlar bu markadan
geyim əldə edirlər.
1975-ci ildə marka kişilər üçün “Azzaro Couture Pour Homme” -
adlı ətir istehsal edir və bu, ətir klassikaya çevrilir. Görkəmli parfümerlərlə
əməkdaşlıq edən şirkət sevilən parfümlər istehsal edir.
Loris 2003-cü ildə, 71 yaşında vəfat edir. Ölümündən sonra yerini
art-dizayner olaraq Vanessa
Seward
əvəz edir.