Menu
Sənin kartın

Baldessarini

Baldessarini

Hugo Boss brendinin baş dizayneri və kreativ direktoru olan, Werner Baldessarini 1993-cü ildə öz marksını yaratmağı qərara alır. 1994-cü ildə Hugo Boss brendinin aktiv dəstəyi nəticəsində Baldessarini –elit kişi geyimləri istehsal edən marka təsis olunur.  “Dəbdəbə rasionallığa tabe olmur” şüarı altında, dizayner təqdim olunan geyimlərdə qeyri-adiliyi, eleqantlığı və klassikanı vurğulayır.

1996-cı ildə Verner, Almaniyada məhşur bar sahibi, içki və kokteyl kitabının müəllifi, Charles Schumann-ı markanın üzü olmağa dəvət edir. Reklam kampaniyalarında gənc modelleri görməyə alışmış kütlə üçün bu əsil yenilik olur. Charles Schumann-ın siması olduğu brend, 2002-ci ildə eyniadlı ətrini istehsal edir. 2003-cü ildə ətir “Fifi awards” və bir sıra mükafatlara layiq görülür.

Baldessarinin təqdim etdiyi ətirlər ziddiyət, ehtiras və qeyri-adi klassik eleqantlığı təcəssüm etdirir. Bu markanın ətirləri öz statusunu vurğulayan, istirahət zamanı seçilən və qadınları cəzb edən ətirlər kimi kateqoriyalara bölünmüşdür.

2011-ci ildən Baldessarini markası nəznində ətir istehsal etmək “Maurer & Wirtz” şirkətinə məxsusdur. 

Brend: Baldessarini
Baldessarini Ambre - Kişilər üçün nəzərdə tutulmuş ətir, şərq-odunsu ətirlər qrupuna aiddir. Ətir 2017-ci ildə istehsal olunmuşdur. Parfümer: Firmenich. Üst notlar: Naringi, Qırmızı alma; Orta notlar: Bənövşə, Dəri; Əsas notlar: Kəhrəba, Palıd, Vanil və Labdanum...
15,00AZN Vergiler Hariç:15,00AZN
Gösterilen: 1 ile 1 arası, toplam: 1 (1 Sayfa)