Bellapierre
2005-ci ildə Bellapierre cosmetics şirkətinin təsisçisi Devid Oren, kosmetik
vasitə və qulluq sahəsində yeniliyə imza ataraq, tam təbii tərkibli mineral
kosmetik vasitə istehsal edən “Bellapierre” brendini yaradır. Kosmetik
tendensiyaların təbii, üzvi məhsullara keçdiyini başa düşən David, məhsullarının
100% mineral olmasını qərara alaraq markasına Bellapierre (gözəl daş) adını
verir. Yeni mineral kosmetik brend yaradarkən, David həkimlər-dermatoloqlar və
kosmetoloqlar ilə sıx əməkdaşlıq edir, makiyaj və baxım vasitələrinin tərkibinə
olduqca böyük zaman və diqqət ayırır.
Bellapierre kosmetikasını ilk olaraq Hollivud ulduzları sınayır,
çünki tam təbii kosmetik vasitə hamı üçün əlçatan deyildi. Minerallarla zəngin
kosmetika təkcə üzdəki qüsurları gizlətmir, həm də dəriyə gözəllik və sağlamlıq
bəxş edir. Sonradan yeni texnologiyaların inkişaf etməsi sayəsində, mineral tərkibi
qorunaraq qiymətlər münasibləşdirilir və lüks kosmetika bir çoxları üçün əlçatan
olur.
2008-ci ildən 2012-ci ilə qədər hər il Bellapierre brendinin məhsulları
təmizliyə və təhlükəsizliyinə görə Almaniyada keçirilən “Təbii Sağlamlıq və Gözəllik
Mükafatı” beynəlxalq sərgisində yüksək mükafata layiq görülür, 2013-cü ildən isə
brend “mineral kosmetika kraliçası” kimi tanınır. 2014-cü ildə “Ən yaxşı
kosmetik seriya” nominasiyasının qalibi seçilir. Bellapierre iltihab əlehinə təsir
edən, konservantlardan, ağırlaşdırıcı yağlardan, boyalardan, ətirlərdən və göz
qapaqlarının tıxanmasına səbəb olan digər zərərli komponentlərdən azad 100% təbii
kosmetikadır.