Cartier
Cartier dünyanın ən məhşur zərgərlik markalarının
siyahısında ilk beşlikdə yer alır. İlk dəfə olaraq, 1847-ci ildə Parisdə, Louis-Francois Cartier tərəfindən əsası qoyulan şirkət, uzun illər ərzində lider
mövqeyini qorumuşdur. İlk olaraq biznesinə saatsaz və zərgər kimi başlayan Louis, mağazasına dəbdəbəli
xanımların daxil olması ilə kəşf olunur. Cartier markasının təqdim etdiyi zinət
əşyalarının populyarlaşmasına səbəb, onun hər bir zinət əşyasını bir nüsxədə təqdim
etməyi olmuşdur.
Brendin populyarlığı o həddə çatır ki, onu zadəgan
ailələr, fransız və rus imperator ailərinin nüməyəndələri seçirlər. İngilis
kralı VII Eduard Cartier-ə “Zərgərlərin kralı” titulunu vermişdir.
1904-cü ildə pilotlar üçün saat istehsal edən şirkət,
növbəti dəfə keyfiyyətin təsadüf olmadığını sübut edir. Şirkət ailə biznesi
olaraq 1964-cü ilədək fəaliyyət göstərir. 1979-cu ildə şirkətin bütün
filialları “Cartier World” vahid konsern şəklində birləşir.
Bir neçə il sonra isə brend ilk ətrini təqdim edir. 1993-cü ildə “Richmond
Group” tərəfindən alınır.
Cartier, hər biri fərdi məhsulların - saatların, zərgərlik
əşyalarının, aksessuarların istehsalından məsul olan 14 şirkəti birləşdirir.
Onları yalnız ad birləşdirmir - Cartier markası altında istehsal olunan hər şey,
xüsusi bir sərvət və güc əlaməti sayılır, lüks imzasını daşıyır.