Chloe
Chloe – yüngül və zərif geyimləri ilə, maraqlı
aksessuarları ilə, çantaları və dəbdəbəli ətirləri ilə məhşur olan fransız
markasıdır. Brendin əsasını Gaby Aghion adlı xanım 1952-ci
ildə, Parisdə qoymuşdur. 1945-ci ilədək Misirdə yaşayan xanım, Parisə köçdükdən
sonra şəhərdə zövqünə uyğun geyim görmür. 1947-ci ildə Dior-un “New Look” kolleksiyasından təsirlənən xanım, öz markasını yaratmağı qərara
alır. Lakin öz adını markaya vermək istəmir. Rəfiqəsinin adı “yaşıllaşma” mənasında
işləndiyinə və yunan mifologiyasında Demetra yaşıllıq və bolluq tanrısı ilə
assosiyasiya olunduğuna görə rəfiqəsinin adını markasına verir.
Fərqli rəngarəng və yüngül parçalardan geyimlər təqdim edən Chloe rəqiblərindən
seçilir. Uyğun qiymət siyasəti və “Prêt-a-porter” tərzdə geyimlər diqqətdən
kənarda qala bilməzdi. Məhşurluq dövründə marka, bir çox dizaynerləri cəlb
edir. Onlardan biri gənc və istedadlı dizayner Karl Lagerfeld olur. 1966-cı ildə
brend üçün işləməyə başlayan dizayner, 1975-ci ildə ilk parfümü təqdim edir. Lakin
dizayner 1983-cü ildə Chanel markası üçün işləməyə başlayır. 1985-ci ildə brend
“Richmond Group” tərkibinə qatılır. 2018-ci ildən
Natacha Ramsay-Levi kreativ-direktor vəzifəsində çalışır.