Menu
Sənin kartın

Chopard

Chopard

Chopard – 1860-cı ildə, İsveçrənin Sonville vilayətində, Louis-Ulysse Chopard tərəfindən təsis edilmişdir. İlk olaraq LUC adlanan şirkət, mexanizmlər hazırlayır, lakin sonralar saat istehsalının daha sərfəli olduğuna görə cib saatları istehsal edir. Cib saatları və xronometrləri istehsalı ilə məşğul olan, dəqiqliyi və etibarlılığı ilə populyarlaşan markanın nüfuzu Baltikyanı ölkələrə, Skandinaviya və Rusiyaya yayılır. 20-ci əsrin əvvələrində Chopard imperator II Nikolay və sarayını saatla təmin edir.

1937-ci ildə Louis-Ulysse-nin oğlu, Paul-Louis Cenevrədə ofis açır və məhsulları “Genevra Seal” möhürü ilə təqdim edir. 1943-cü ildə marka kişi cib saatları və qadın qol saatları istehsal edir. 1963-cü ildə Chopard alman saatsaz ailəsi “Scheufele III” nəsil tərəfindən alınır. Ailənin idarəçiliyəndə olan brend, istehsal seqmentini genişləndirir. Chopard 1976-cı ildə “Happy Diamonds” saat kolleksiyasını təqdim edir və bu saatlar markanın “siması” olur. “Cannes” kinofestivalı və avtoyarış təşkilatları ilə aktiv əməkdaşlıq edən şirkət, saat və zinət əşyalarından başqa, dəri məmulatları, günəş eynəkləri və ətriyyat istehsal edir.

Brend: Chopard
Chopard Amber Malaki - Kişilər və qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq ətirlər qrupuna aiddir. Ətir 2015-ci ildə istehsal olunmuşdur. (Papirus, Büxur) (Kəhrəba ,Portağal çiçəyi;) (Vanil Bourbon, Sistus.)..
44,99AZN Vergiler Hariç:44,99AZN
Brend: Chopard
Chopard Oud Malaki - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 2012-ci ildə istehsal edilmişdir. Parfümer: Dominique Ropion.(Qreypfrut , Lavanda ,Artemiziya;) (Tütün ,Dəri ,Ədviyyat;) (Ud ,Tünd ağac notları, Kəhrəba.)..
44,99AZN Vergiler Hariç:44,99AZN
Gösterilen: 1 ile 2 arası, toplam: 2 (1 Sayfa)