Clinique
1967-ci ildə Amerika Vogue jurnalının redaktoru
Carol Phillips məşhur dermatoloq Norman Orentreyxlə birlikdə "əla dəri
yaratmaq olarmı?” adlı məqalə nəşr edir. Məqalədə müntəzəm dəriyə qulluqun əhəmiyyəti
müzakirə edilir. Məqalə zəngin Amerika sahibkarı Este Lauderin gəlini olan
Evelin Lauderin diqqətini cəlb edir. Lauder ailəsi ideyanı bəyənir və hər iki
müəllifə hipoallergen kosmetik, ətir seriyası yaratmağı tapşırırlar. 1968-ci
ildə kliniki və dermotoloji sınaqdan keçirilmiş Clinique ilk hipoallergen
kosmetik markası təsis olunur. 1968-ci ilin avqust ayında Evelin Lauder “Clinique
Laboratories”-in əsasını qoyur və ABŞ-ın Nyu-York şəhərində “Saks Fifth Avenue”
ticarət mərkəzində şirkətin ilk mağazasını açılır.
1970-ci ildən kosmetik məhsullar sırasına ətriyyat,
saçlara qulluq vasitələri, qaralmaq üçün kremlər və kişi baxım məhsulları
istehsal olunur. 2008-ci ildə şirkət botox istehsalçısı və keçmiş kosmosevt partnyoru
Elizabet Arden ilə tərəfdaşlıq edir və Clinique Medical adlı yeni klinik seriya
işıq üzü görür. Sözügedən seriyanın məhsullarını yalnız həkimlər əldə edə bilərlər.
Günü-gündən uğurla inkişaf edən Clinique, bu gün
Estee Lauder brendinin incisidir.