Menu
Sənin kartın

Diesel

Diesel

Diesel 1978-ci ildə İtaliyada Renzo Rosso tərəfindən təsis olunmuşdur. Uşaqlıqdan tikişə və geyimə marağı olan Renzo, vaildeynlərinin təkidi ilə Texniki Universitetə daxil olaraq, tekstil üzrə təhsil alır.  Daha sonra təhsili üzrə kiçik tekstil fabrikində çalışır. Bir müddət çalışdıqdan sonra Renzo öz şəxsi biznesini təsis edir. Brend təsis olunanda Avropada neft krizisi yaşanırdı. Neft probleminin həllini bir çoxları daha münasib olan dizel yanacağında görürdü. Brendin adının da dizel ilə bağlı olması təsadüfi olmur. Brend təsis olunduqdan iki il sonra fərdi kolleksiyasını təqdim edir, təsisçi isə xarici bazarları hədəfləyir. Bu illərdə “Diesel Kids” uşaqlar üçün geyim kolleksiyasının təqdimatı keçirilir.

1985-ci ildə Renzo bütün şirkət aksiyalarını əldə edərək şirkətin yeganə sahibi olur. 80-cı illərdə Diesel “Denim collection” üzərində çalışır. 90-cı illərdə isə marka qalmaqallı reklam kampaniyaları ilə gündəmi zəbt edir. “Yalnız cəsarətlilər üçün” şüarı ilə çıxış edən brend, öz fikrini azad ifadə etməkdə sərbəstlik ideyasını təbliğ edir.

2007-ci ildə Diesel L’Oréal brendi ilə ətir istehsalına dair əməkdaşlıq edir. Brendin təqdim etdiyi ətirlər gənclərdə böyük maraq yaradır.

Hazırda Diesel 1,3 mlrd. avroya yaxın dövriyyəyə malik uğurlu beynəlxalq dizayner şirkəti hesab olunur. Denim-dən əlavə şirkət geyim, aksessuar və ətriyyat istehsal edir. Dünyada brendin 80 ölkədə, 400-ə yaxın satış nöqtələri fəaliyyət göstərir. 

Listelenecek bir ürün yok