Christian Dior
Dior-un təsisçisi Christian
Dior 1905-ci ildə Fransanın, Granville kommunasında anadan olmuşdur. Atası iş adamı olan Dior, ailəsinin istəyi üzərinə
siyasi təhsil alır. Diplomat olmaq istəsə də, incəsənətə olan marağı onu təhsilini
yarımçıq qoyub, Parisdə rəsm qalereyası açmağa təşviq edir. Müəyyən zamandan
sonra ailənin maddi vəziyyətinin kəskin pisləşməsinə görə, Dior rəsm qalereyasını
bağlayıb öz işini qurmağa çalışır. İlk olaraq qadın paltarlarının və papaqlarının
(şlyapa) eskiz satışı ilə məşğul olan Dior, bununla öz işinin əsasını qoyur.
1941-ci ildə eskizləri
diqqət çəkir və “Lucien Lelong” moda evində işləməyə
dəvət alır. Uğursuzluğa baxmayaraq, 1941-ci ildə öz ətriyyat işinə start verir
və 1946-cı ildə öz adını təsis etdiyi brendə verir.
Müharibədən sonra boz-qara, solğun rənglərə boyanan Paris, Dior-un
eleqant, qadın siluetini eks etdirən “New Look” kolleksiyası ilə canlanır. Kolleksiya
hədsiz bəyənilir və dövrünün dəbdəli qadınlarının sevimlisinə çevrilir. Dəb aləminə bir sıra yeniliklər gətirən Dior, bu kolleksiyadan sonra “Kuturyenin şahzadəsi” adlandırılır.
Bu gün də öz dəsti-xətti ilə seçilən Dior dəb aləmində eleqantlığın,
qadın zərifliyinin simvolu sayılır. Hazırda brend LVMH nəznində fəaliyyət göstərir.