Dupont
F. DUPONT ' un Moda
Evinin Tarixi 1872-ci ildən başlayır. Simon — Tissot Dupont, III Napoleon-un məşhur saray rəssamının
qardaşı oğlunun, Parisə gəlməsi ilə markanın əsası qoyulur. Parisə gəldikdən
sonra , Simon — Tissot Dupont səyahətçilər üçün gözəl və keyfiyyətli dəri
aksesuarları istehsal edən bir şirkət təsis edir. Öz adı ilə marka təsis
etdiyindən, istifadə olunan materiallara qənaət etmir və yalnız ən keyfiyyətli
materiallardan istifadə edir. Brend öz keyfiyyəti və tərzi ilə seçildiyindən,
zamanla öz sadiq müştərilərini qazanır. Dupont-un iki oğlu atalarından sonra
onun işini davam etdirirlər. Dərinin və aksessuarların fərqli işlənməsi, şərqdən
fərqli texniların öyrənilməsi və tətbiq olunması brendi rəqiblərindən çox fərqləndirir.
XX əsin 20-ci illərində
brend dünya səviyyəsinə çıxır. Zaman keçdikcə Dupont istehsal seqmentini genişləndirir.
XX əsrin 40-cı illərində alışqan, 70-ci illərdə isə əl əməyi ərsəyə gələn, qızılı
işləməli qələmlər alıcılara təqdim olunur.
Bir neçə il sonra Dupont lüks keyfiyyətli saat istehsalına başlayır.
Bu gün Dupont dəyərlərinə
sadiq qalaraq, yeni nəsil aksessuarlar istehsal etməyi planlaşdırır.