Etro
Etro geyim, ayaqqabı, çanta, tekstil, mebel,
interyer əşyaları, həmçinin ətriyyat istehsalında ixtisaslaşan italyan
brendidir. Brendin məhsullarını zaman daxilində səyahət kimi xarakterizə etmək
olar, çünki kolleksiyaların hər biri müəyyən mədəniyyəti və dövrü simvolizə
edir. Brendin məhsullarında şərq və qərb
ənənələrinin birləşməsi, mükəmməl müasir elementlərlə birləşdirilir. Şirkət
1968-ci ildə italiyalı Girolamo Etro tərəfindən yaradılıb. Qədim mədəniyyətə və
əşyalara böyük marağı olan təsisçiyə tikiş fabriki miras qalır. Parça istehsalı ilə fəaliyyətə başlayan fabrik
zaman keçdikcə fəaliyyətini, məhsul seqmentini genişləndirir.
Bu gün bütün dünyada şirkətin təxminən 40-dan çox
monobrend butiki fəaliyyət göstərir. Bu gün şirkət “Max Mara” şirkətinin rəsmi
olaraq istifadə etdiyi parçaların istehsalı ilə məşğul olur. Şirkətin monobrend
butiklərində fərdi tikiş xidməti fəaliyyət göstərir ki, bunun sayəsində qonaqlar
kataloqdan parça seçmək imkanı əldə edirlər, daha sonra brendin bacarıqlı
dizaynerlərindən onlara lazım olan geyimləri sifariş etmək imkanı əldə edirlər.
Şirkət hazırda ailə şirkəti olmaqda davam edir.