Fendi
Fendi - dünya şöhrətli italyan brendidir. Brend geyim, dəri,
xəz məmulatları, aksessuarlar və ətir istehsal edir. Brend klassik italyan
modasının etalonu hesab olunur.
Fendi şirkəti 1925-ci ildə gənc ailə cüt Adele and Edoardo Fendi tərəfindən
Romada təsis edilmişdir. Cütlük xəz və dəridən məmulatlarının tikişi ilə məşğul
olurdular. Müharibədən sonrakı İtaliyada onların biznesi o qədər uğurlu olur
ki, tezliklə Adele və Eduardo Via del Plebisioda çantaların və dəri məmulatlarının
ilk butikini açırlar. Əl əməyi ilə istehsal olunan məhsulların yüksək keyfiyyətinə
görə, məhsul yerli sakinlər arasında çox populyarlaşır. Roma burjuaziyası üçün Fendi prestijin özünəməxsus əlamətinə çevrilir. Fendi kiçik butikdən
tədricən dəri və xəz məmulatlarının istehsalında ixtisaslaşan böyük müəssisəyə
çevrilir. Yarandığı vaxtdan bir neçə il sonra Fendi şirkəti xəz məmulatlarının
kütləvi istehsalına başlayır. O dövrün şüarı” Münasib qiymətə əla kürklər” -bu
günə qədər aktual olaraq qalır.
1988-ci ildə "Fendi"adlı ilk qadın ətri, 1989-cu
ildə isə "Fendi Uomo" kişi ətri təqdim olunur.
Brend 1999-cu ildən LVMH tərkibində fəaliyyət göstərir.