Menu
Sənin kartın

Givenchy

Givenchy

Givenchy Paris dəbdəbəsinin sinonimidir. XX əsrin məhşur ulduzları Grace Kelly, Elizabeth Taylor, Jackie Kennedy və Givenchy-nin ilham pərisi Audrey Hepburn bu markanın vurğunu idilər. “Haute Couture” yüksək dəb sinifinə aid olan brend müasir dəb qurucularından hesab olunur.  Hubert de Givenchy 1952-ci ildə markanı təsis etmişdir. 1955-ci ildə dizayner idman üslubunda ilk don təqdim edir və bu don daha sonra simvola çevrilir. Givenchy-nin dizayn etdiyi ayaqları vurğulayan, şar formasında palto, “gəlincik don” və boş siluetlərin yer aldığı geyimlər dəbsevərlərin diqqətini çəkir. Geyim kolleksiyalarında, həmçinin qollara aksent verməyi xoşlayan dizayner,  Dior-la müqayisə olunur və onun geyim kolleksiyası “daha cəsarətli” adlandırılır. “Tiffani yaxınlığında səhər yeməyi” filminin baş rol ifaçısı Audrey-nin geyimləri, xüsusən qara libası bu gün də, dəb aləmində etalon hesab olunur. 1957-ci ildə brendin L’Interdit adlı ilk ətri ictimaiyyətə təqdim olunur. 1969-cu ildə isə Gentleman Givenchy adlı kişi kolleksiyası nümayiş olunur.

1979-cu ildə Givenchy ilin adamı və Best jurnalının sorğusuna əsasən “Ən eleqant kişi” seçilir.

1983-cü ildə Givenchy "Fəxri Legion Ordeni kavaleri" adına layiq görülmüş, 1985-ci ildə isə mədəniyyət naziri Paris operasında bayram zamanı eleqantlıq sənətinə həsr olunmuş "Oskar" mükafatını ona təqdim etmişdir.

40 ildən çox dəb aləmində olan dizayner 1995-ci ildə təqaüdə çıxır. Hazırda marka LVMH tərkibində fəaliyyət göstərir. 

Brend: Givenchy
Givenchy Absolutely - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2006-cı ildə istehsal olunmuşdur. (Alma, Marakuya, Ətirli noxud, Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Ange & Demon - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2006-cı ildə istehsal olunmuşdur. (Naringi, Şabran, Kəklikotu;) (Zanbaq, Orxideya, İlanq -İlanq;) (Tonka paxlası, Vanil, Çəhrayı ağac və Palıd mamırı.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy d"Escapade Reve - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2014-cü ildə istehsal olunmuşdur. (Şaftalı, Massoya;) (Qızılgül;) (Odunsu notlar və Büxur.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Dahlia Divin - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2014-cü ildə istehsal olunmuşdur. Parfümer: Francois Demachy. (Mirabel gavalısı, Sitrus, Çəhrayı bibər;) (Sambak jasmini, Portağal çiçəyi, İnciçiçəyi, Qızılgül, Şaftal..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Dahlia Divin (Deluxe) - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2014-cü ildə istehsal olunmuşdur. Parfümer: Francois Demachy. (Mirabel gavalısı, Sitrus, Çəhrayı bibər;) (Sambak jasmini, Portağal çiçəyi, İnciçiçəyi, Qızılgü..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Gentleman Cologne - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-fujer ətirlər qrupuna aiddir. Ətir 2019-cu ildə istehsal edilmişdir. Parfümerlər: Nathalie Lorson və Olivier Cresp.(Limon, Petitqreyn, Limon;) (Süsən, Vetiver, Bibəriyyə;) (Ambroksan və Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Gentleman Only - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu ətirlər qrupuna aiddir. Ətir 2013-cü ildə istehsal edilmişdir. Parfümer: Jean Jacques.(Yaşıl naringi, Çəhrayı bibər, Muskat qozu, Ağcaqayın yarpağı, Bergamot;) (Ağ sidr, Paçuli, Vetiver, Elemi, Bənövşə yarp..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Insense Ultramarine - Kişilər üçün nəzərdə tutulmuş ətir, fujer-meyvəli ətirlər qrupuna aiddir. Ətir 1994-cü ildə istehsal edilmişdir. Parfümer: Christian Mathieu.(Qalbanum, Qarağat, Naringi, Qarpız;) (Lavanda, İris, Nanə, Qərənfil, Maqnoliya, İnciçiçəyi;) (Tütün, V..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy L"Interdit - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2018-ci ildə istehsal olunmuşdur. Parfümerlər: Dominique Ropion, Anne Flipo və Fanny Bal.(Armud, Berqamot;) (Tuberoza, Portağal çiçəyi, Jasmin Sambak;) (Paçuli, Vanil, Ambrok..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy L"Interdit (Deluxe) -  Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2021-ci ildə istehsal olunmuşdur. (Acı portağal, Zəncəfil;) (Portağal çiçəyi, Neroli, Tuberoza;) (Badam südü, Paçuli, Müşk və Vetiver.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Live irresistible -  Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2015-ci ildə istehsal olunmuşdur. Parfümer: Dominique Ropion. (Ananas, Çəhrayı yarpaqlar, Qreypfrut, Naringi;) (Qızılgül, Bibər, Marakuya;) (Kəhrəba, Müşk, Süsən, Paçuli, Pralin və Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Live irresistible Eau de toilette - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2015-ci ildə istehsal olunmuşdur. Parfümer: Dominique Ropion. (Ananas, Çəhrayı yarpaqlar, Qreypfrut, Naringi;) (Qızılgül, Bibər, Marakuya;) (Kə..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 1 ile 12 arası, toplam: 17 (2 Sayfa)