Menu
Sənin kartın

Givenchy

Givenchy

Givenchy Paris dəbdəbəsinin sinonimidir. XX əsrin məhşur ulduzları Grace Kelly, Elizabeth Taylor, Jackie Kennedy və Givenchy-nin ilham pərisi Audrey Hepburn bu markanın vurğunu idilər. “Haute Couture” yüksək dəb sinifinə aid olan brend müasir dəb qurucularından hesab olunur.  Hubert de Givenchy 1952-ci ildə markanı təsis etmişdir. 1955-ci ildə dizayner idman üslubunda ilk don təqdim edir və bu don daha sonra simvola çevrilir. Givenchy-nin dizayn etdiyi ayaqları vurğulayan, şar formasında palto, “gəlincik don” və boş siluetlərin yer aldığı geyimlər dəbsevərlərin diqqətini çəkir. Geyim kolleksiyalarında, həmçinin qollara aksent verməyi xoşlayan dizayner,  Dior-la müqayisə olunur və onun geyim kolleksiyası “daha cəsarətli” adlandırılır. “Tiffani yaxınlığında səhər yeməyi” filminin baş rol ifaçısı Audrey-nin geyimləri, xüsusən qara libası bu gün də, dəb aləmində etalon hesab olunur. 1957-ci ildə brendin L’Interdit adlı ilk ətri ictimaiyyətə təqdim olunur. 1969-cu ildə isə Gentleman Givenchy adlı kişi kolleksiyası nümayiş olunur.

1979-cu ildə Givenchy ilin adamı və Best jurnalının sorğusuna əsasən “Ən eleqant kişi” seçilir.

1983-cü ildə Givenchy "Fəxri Legion Ordeni kavaleri" adına layiq görülmüş, 1985-ci ildə isə mədəniyyət naziri Paris operasında bayram zamanı eleqantlıq sənətinə həsr olunmuş "Oskar" mükafatını ona təqdim etmişdir.

40 ildən çox dəb aləmində olan dizayner 1995-ci ildə təqaüdə çıxır. Hazırda marka LVMH tərkibində fəaliyyət göstərir. 

Brend: Givenchy
Givenchy Organze - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 1996-cı ildə istehsal olunmuşdur. Parfümer: Sophie Labbe.(Qardeniya, Yaşıl notlar,Muskat qozu, Berqamot;) (Süsən, Jasmin, Tuberoza, Məhəbbət çiçəyi, Qoz;) (Ağac notları, Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Pi - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-odunsu ətirlər qrupuna aiddir. Ətir 1998-ci ildə istehsal olunmuşdur. Parfümer: Alberto Morillas.(Bibəriyyə, Bazilik, Naringi;) (Neroli, Ulduz anisi, Ətirşah, İnciçiçəyi;) (Badam, Benzoin, Qəhvəyi şəkər, Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Pour Homme - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2002-ci ildə istehsal edilmişdir. Parfümerlər: Alberto Morillas və Ilias Ermenidis.(Keşniş, Naringi, Qreypfrut, Bənövşə;) (Vetiver, Lavanda ekstraktı;) (Labdanum və Ağ si..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Verry Irresistible -  Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2003-cü ildə istehsal olunmuşdur. Parfümer:  Dominique Ropion, Sophie Labbe və Carlos Benaim.(Ulduz anisi, Verbena;) (Pion, Qızılgül, Sentifolia, Ehtira..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Givenchy
Givenchy Verry Irresistible Electric Rose -  Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-yaşıl ətirlər qrupuna aiddir. Ətir 2012-ci ildə istehsal olunmuşdur. (Limon verbena, Qaragilə, Reyhan;) (Ulduz anisi, Qızılgül, Bənövşə;) (Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 13 ile 17 arası, toplam: 17 (2 Sayfa)