Gucci
Guccio Gucci Florensiyada sənətkar ailəsində anadan
olmuşdur. Gənc, erkən yaşlarından atasının qadın papaqları tikməsinə maraq göstərir.
Tikiş işinin incəliklərini öyrənən Gucci, 23 yaşında öz işini qurmaq qərarına gəlir.
İlk biznesi at qoşqularının hazırlanması olsa da, biznesi uğurlu olmur. Atası
ilə münasibətlərinin gərginləşməsinə görə, Gucci biznesini bağlayıb Londona
köçür. Londonda “Savoy” otelində işə düzələn gənc burada elit təbəqənin zövq və
seçimlərini öyrənir. Oteldə işləyərkən Gucci bir şeyi başa düşür: zəngin və
nüfuzlu insanlar əla keyfiyyətli eksklüziv yol çantalarına üstünlük verirlər.
Baqaja görə insanın vəziyyətini, onun sosial təbəqəyə mənsubluğunu bilmək olar.
Florensiyaya geri dönən dizayner 1922-ci ildə, dəyərli yük çantaları, həmçinin jokeylər üçün geyim yaratmağa başlayır. Bu dəfə bəxti gətirən
təsisçinin, lüks dəri məhsulları Avropada məşhurlaşır. Böyük oğlu Aldo atasının
işinə həvəs göstərir və atasının işini davam etdirir. 30-cu illərdə Gucci
fabriki fəaliyyətə başlayır. Brendin məhşur loqotipini hazırlayan Aldo-nun təşəbbüsü
ilə, həmçinin qadın çantaları, əlcəklər, şərflər və qalstuklar istehsal edilməyə
başlayır.
Gucci-dən sonra idarəçilik Aldo-ya keçir. Aldonun
oğlu Paolo isə ətriyyat və kosmetik məhsullar istehsalına nəzarət etməyə
başlayır. Ailədaxili konfliktlər nəticəsində Aldo həbs olunur və şirkətin idarəçiliyi
Maurizio Gucci-ə həvalə olunur. 1979 – cu ildə rəhbərlik “Gucci Accessories
Collection”-ucuz aksessuarlar istehsalına başlayır. Bu aksessuarlar aktiv
satılsa da brendin “bahalı” imici əriməyə başlayır.
Maurizio çıxış yolunu şirkətin səhmlərini İnvestorcorp.
satmaqda görür. O zamandan Gucci ailə biznesi olaraq fəaliyyət göstərmir.
Domenico de Sole rəhbərliyi və Tom Ford kreativ dizayner kimi fəaliyyəti nəticəsində
brend əvvəlki şöhrətini geri qaytarır.