Menu
Sənin kartın

Gucci

Gucci

Guccio Gucci Florensiyada sənətkar ailəsində anadan olmuşdur. Gənc, erkən yaşlarından atasının qadın papaqları tikməsinə maraq göstərir. Tikiş işinin incəliklərini öyrənən Gucci, 23 yaşında öz işini qurmaq qərarına gəlir. İlk biznesi at qoşqularının hazırlanması olsa da, biznesi uğurlu olmur. Atası ilə münasibətlərinin gərginləşməsinə görə, Gucci biznesini bağlayıb Londona köçür. Londonda “Savoy” otelində işə düzələn gənc burada elit təbəqənin zövq və seçimlərini öyrənir. Oteldə işləyərkən Gucci bir şeyi başa düşür: zəngin və nüfuzlu insanlar əla keyfiyyətli eksklüziv yol çantalarına üstünlük verirlər. Baqaja görə insanın vəziyyətini, onun sosial təbəqəyə mənsubluğunu bilmək olar.

Florensiyaya geri dönən dizayner 1922-ci ildə, dəyərli yük çantaları, həmçinin jokeylər üçün geyim yaratmağa başlayır. Bu dəfə bəxti gətirən təsisçinin, lüks dəri məhsulları Avropada məşhurlaşır. Böyük oğlu Aldo atasının işinə həvəs göstərir və atasının işini davam etdirir. 30-cu illərdə Gucci fabriki fəaliyyətə başlayır. Brendin məhşur loqotipini hazırlayan Aldo-nun təşəbbüsü ilə, həmçinin qadın çantaları, əlcəklər, şərflər və qalstuklar istehsal edilməyə başlayır.

Gucci-dən sonra idarəçilik Aldo-ya keçir. Aldonun oğlu Paolo isə ətriyyat və kosmetik məhsullar istehsalına nəzarət etməyə başlayır. Ailədaxili konfliktlər nəticəsində Aldo həbs olunur və şirkətin idarəçiliyi Maurizio Gucci-ə həvalə olunur. 1979 – cu ildə rəhbərlik “Gucci Accessories Collection”-ucuz aksessuarlar istehsalına başlayır. Bu aksessuarlar aktiv satılsa da brendin “bahalı” imici əriməyə başlayır.

Maurizio çıxış yolunu şirkətin səhmlərini İnvestorcorp. satmaqda görür. O zamandan Gucci ailə biznesi olaraq fəaliyyət göstərmir. Domenico de Sole rəhbərliyi və Tom Ford kreativ dizayner kimi fəaliyyəti nəticəsində brend əvvəlki şöhrətini geri qaytarır.  

Brend: Gucci
Gucci Bamboo -  Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2015-ci ildə istehsal olunmuşdur.(Berqamot;) (Qızılgül, Zanbaq, İlanq-ilanq;) (Kəhrəba, Səndəl ağacı, Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Bloom - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2017-ci ildə istehsal olunmuşdur. Parfümer: Alberto Morillas.(Portağal, Yaşıl notlar;) (Tuberoza, Jasmin sambak, Məhəbbət çiçəyi;) (Süsən kökü, Səndəl ağacı və Vanil.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci By Gucci - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şipr-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2007-ci ildə istehsal olunmuşdur. Parfümer: Ilias Ermenidis.(Quava, Şaftalı;) (Tiare;) (Paçuli, Müşk və Bal.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci eau de parfum - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2002-ci ildə istehsal olunmuşdur. Parfümer: Daniela (Roche) Andrier.(Heliotrop, Berqamot) (Kimyon, Kəklikotu;) (Səndəl ağacı, Dəri, Büxur və Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Envy - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-yaşıl ətirlər qrupuna aiddir. Ətir 1997-ci ildə istehsal olunmuşdur. Parfümer: Maurice Roucel. (Ağ freziya, Berqamot, Şaftalı gülü, Ananas, Maqnoliya;) (Jasmin, Qızılgül, İnciçiçəyi, Bənövşə;) (Sidr, Səndəl ağacı..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Flora By Gucci - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2010-cu ildə istehsal olunmuşdur.(Sitrus, Pion, Naringi;) (Osmantus, Qızılgül;) (Səndəl ağacı, Paçuli və Çəhrayı bibər.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Flora Generous Violet - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 2012-ci ildə istehsal olunmuşdur.(Bənövşə yarpağı;) (Süsən, Bənövşə;) (Dəri.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Guilty - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2010-cu ildə istehsal olunmuşdur. Parfümer: Aurelien Guichard.(Çəhrayı bibər, Naringi;) (Şaftalı, Ətirşah, Yasəmən;) (Kəhrəba, Paçuli.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Guilty - Kişilər üçün nəzərdə tutulmuş ətir, odunsu-fujer ətirlər qrupuna aiddir. Ətir 2011-ci ildə istehsal edilmişdir. Parfümer: Jacques Huclier. (Dəri;) (Paçuli, Sərv;) (Ağac notları və Vetiver.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Guilty Black - Kişilər üçün nəzərdə tutulmuş ətir, fujer ətirlər qrupuna aiddir. Ətir 2013-cü ildə istehsal edilmişdir. (Keşniş, Lavanda;) (Portağal çiçəyi, Neroli, Yaşıl notlar;) (Paçuli və Ağ sidr.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Guilty Black - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2013-cü ildə istehsal olunmuşdur. Parfümer:  Aurelien Guichard.(Qırmızı meyvələr, Çəhrayı bibər;) (Şaftalı, Yasəmən, Bənövşə;) (Paçuli.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci oud - Kişilər və qadınlar üçün nəzərdə tutulmuş ətir, şərq-odunsu ətirlər qrupuna aiddir. Ətir 2014-cü ildə istehsal olunmuşdur. (Moruq, Armud, Zəfəran;) (Portağal, Qızılgül;) (Ud, Kəhrəba, Paçuli, Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 1 ile 12 arası, toplam: 15 (2 Sayfa)