Menu
Sənin kartın

Gucci

Gucci

Guccio Gucci Florensiyada sənətkar ailəsində anadan olmuşdur. Gənc, erkən yaşlarından atasının qadın papaqları tikməsinə maraq göstərir. Tikiş işinin incəliklərini öyrənən Gucci, 23 yaşında öz işini qurmaq qərarına gəlir. İlk biznesi at qoşqularının hazırlanması olsa da, biznesi uğurlu olmur. Atası ilə münasibətlərinin gərginləşməsinə görə, Gucci biznesini bağlayıb Londona köçür. Londonda “Savoy” otelində işə düzələn gənc burada elit təbəqənin zövq və seçimlərini öyrənir. Oteldə işləyərkən Gucci bir şeyi başa düşür: zəngin və nüfuzlu insanlar əla keyfiyyətli eksklüziv yol çantalarına üstünlük verirlər. Baqaja görə insanın vəziyyətini, onun sosial təbəqəyə mənsubluğunu bilmək olar.

Florensiyaya geri dönən dizayner 1922-ci ildə, dəyərli yük çantaları, həmçinin jokeylər üçün geyim yaratmağa başlayır. Bu dəfə bəxti gətirən təsisçinin, lüks dəri məhsulları Avropada məşhurlaşır. Böyük oğlu Aldo atasının işinə həvəs göstərir və atasının işini davam etdirir. 30-cu illərdə Gucci fabriki fəaliyyətə başlayır. Brendin məhşur loqotipini hazırlayan Aldo-nun təşəbbüsü ilə, həmçinin qadın çantaları, əlcəklər, şərflər və qalstuklar istehsal edilməyə başlayır.

Gucci-dən sonra idarəçilik Aldo-ya keçir. Aldonun oğlu Paolo isə ətriyyat və kosmetik məhsullar istehsalına nəzarət etməyə başlayır. Ailədaxili konfliktlər nəticəsində Aldo həbs olunur və şirkətin idarəçiliyi Maurizio Gucci-ə həvalə olunur. 1979 – cu ildə rəhbərlik “Gucci Accessories Collection”-ucuz aksessuarlar istehsalına başlayır. Bu aksessuarlar aktiv satılsa da brendin “bahalı” imici əriməyə başlayır.

Maurizio çıxış yolunu şirkətin səhmlərini İnvestorcorp. satmaqda görür. O zamandan Gucci ailə biznesi olaraq fəaliyyət göstərmir. Domenico de Sole rəhbərliyi və Tom Ford kreativ dizayner kimi fəaliyyəti nəticəsində brend əvvəlki şöhrətini geri qaytarır.  

Brend: Gucci
Gucci Premier - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 2012-ci ildə istehsal olunmuşdur.(Böyürtkən, Berqamot;) (Ağ çiçəklər, Müşk;) (Ağac notları, Paçuli.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci Rush 2 - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli, odunsu-müşk ətirlər qrupuna aiddir. Ətir 2001-ci ildə istehsal olunmuşdur. Parfümer: Michel Almairac.(İnciçiçəyi, Ağ freziya, Qızılgül;) (Nərgizgülü, Qardeniya, Zanbaq;) (Qarağat, Palıd mamırı, Müşk.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Brend: Gucci
Gucci The Last Day Of Summer - Kişilər və qadınlar üçün nəzərdə tutulmuş ətir, odunsu-ədviyyatlı ətirlər qrupuna aiddir. Ətir 2019-cu ildə istehsal olunmuşdur. Parfümer: Alberto Morillas.(Kiparis, Paçuli, Sidr, Vetiver və Muskat qozası.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 13 ile 15 arası, toplam: 15 (2 Sayfa)