Guerlain
Guerlain brendi 1828-ci ildə Pierre-François Pascal Guerlain tərəfindən yaradılmışdır. Pierre İngiltərədə kimya üzrə təhsil
almışdır. İlk zamanlar Guerlain brendi aptek tipli maqazin kimi fəaliyyət göstərmişdir.
25
il sonra III Napoleonun nigah mərasimində Guerlain Napoleonun xanımı, ispan
şahzadəsinə İmperial ətrini hədiyyə edir. Ətir Napoleonun evinin rəmzi olan
arıların qızıl suyuna salınmış relyefi ilə büllur flakonda hədiyyə olunmuşdu.
Şahzadə ətrin qoxusunu olduqca bəyənir və Guerlain şah sarayının baş parfümeri
təyin olunur. Beləliklə, o zamandan qızıl arı Guerlain ətir evinin simvolu
olur. Napoleon-dan əlavə dövrünün məhşurları: İngilis və ispan kral ailələri,
Balzac, Sarah Bernard və s. tanınmış şəxsiyyətlər üçün ətir evi parfümlər
yaratmışdır.
Pierre-dən
sonra oğlu Aime Guerlain atasının işini davam etdirir. O, bir-birinin ardınca
uğurlu ətirlər yaradaraq ailə işinin inkişafına təkan verir. İlk dəfə ətir
qoxusunu üç tərkib hissəyə – üst, orta və əsas notlara ayıran Aime Guerlain
olmuşdur. Bundan başqa, Guerlain, Jicky parfümü ilə ətriyyat sənətində təbii
komponentləri və sintetik komponentləri birləşdirən ilk ətir yaradır.
Guerlain
korporasiyasına görə, kompozisiyaların yaradılması əsl incəsənətdir.
Parfümeriyanın paytaxtı Grasse-da xüsusi olaraq yetişdirilən çiçəklər Guerlain
ətirlərini yaratmaq üçün istifadə olunur. Yalnız Grasse-da yasəmən bənzərsiz zərif
bir ətirlə böyüyür, məsələn Guerlain-in Shalimar kimi ətirlərinə fövqəladə
cazibə verir. Yalnız bir neçə firma bu bölgədə çiçək yetişdirə bilər.
Guerlain
markasının son irsi parfümeri Jean-Paul Guerlain-dir. 2002-ci ildə Jean-Paul
Guerlain öz markasını LVMH-yə satır. Lakin Jean-Paul Guerlain, markanın baş ətriyyatçısı
Thierry Vosser ilə birlikdə ətirlər yaratmağa davam edir.