Hermes
Dəb
aləmində öz dəyərini müəyyən edən brendlər vardır. Bunlardan biri fransız
markası Hermès-dir. Marka Thierry Hermès tərəfindən 1837-ci ildə təsis olunmuşdur. Müştəriləri
aristokratlar və zadəganlar olan Hermès, atlar üçün yüksək keyfiyyətli kəmərlər
və cilovlar yaradırdı.
1880-ci
ildə Thierry Hermès, şirkətin rəhbərliyindən istefa edərək idarəçiliyi oğlu Charles-Émile verdi. Onun rəhbərliyi altında
şirkət xaricdə pərakəndə satış və təchizat işini inkişaf etdirməyə başlayır.
Hermès məhsulları Şimali Afrika, Rusiya, Asiya və Amerikaya satılır.
Daha sonra Hermès Moda Evi üçün “at aksessuarları” keçmişdə qalır və
brend təcrübə, istehsal ənənələrini saxlayaraq dəri aksessuarlarla yanaşı, qadın
geyimləri, çanta, şərf və s. istehsal edir. 1922-ci ildə Hermès ilk dəri qadın çantaları,
1929-cu ildə Parisdə qadın geyim kolleksiyası təqdim edir. 1949-cu ildə isə “Eau d'Hermès”
adlı ilk ətrini istehsal edir.
Hermès
adı ilə işarələnmiş hər bir aksesuar, sahibinin lüks və qürur mənbəyidir.
Eksklüziv çantalar və şarflar markanın vizit kartıdır və hər kəs üçün əlçatan
deyil. Hermès Moda Evinin nüfuzu sarsılmazdır, dünyanın məşhur brendlərindın
biridir. 2019-cu ildə brend Forbes jurnalının tərtib etdiyi "dünyanın ən
qiymətli brendləri" siyahısında 33-cü yeri tutmuşdur.