Initio Parfums
Initio
Parfums – 2015-ci ildə yaradılmış fransiz niş ətir brendidir. Brend hazırda SAT&Company Ltd ingilis şirkətinə məxsusdur.
Sözügedən şirkəti Shelley Smith 2011-ci ildə bir neçə partnyorlarla birlikdə təsis
etmişdir.
2014-cü
ildə ticarət markasının konsepsiyası yaranmışdır. Ətrafdakılara maqnetik və
sehrli təsirə köklənmiş, emosional ətir seriyası düşünülmüş olduğundan, prosesə
məşhur ətriyyatçı Alberto Morillas cəlb olunur. Mütəxəsisslərin və elm adamlarının
1 il intensiv araşdırmaları nəticəsində möcüzəvi parfümlər yaranır.
Kompozisiyalar qoxu vasitəsilə insanlara təsir edən feromonların təbii təbiətinə
əsaslanırdı. Ətirlərdə iki hissəli davranışı təhrik edən və dəyişdirən görünməz
maddələr qarışdırılır. Marka, potensial istehlakçıların öz ambisiyalarını ifadə
edə bilmələri üçün şüşələrdə gizlədilmiş essensiyaların "səssizliyini"
təxribatçı auraya çevirərək çox bənzərsiz "instinkt molekullarını"
yaradır. Initio, bir kainata birləşdirilmiş iki silsilədən - gözəl qoxulu
parfümlərdən və sirli maddələrdən ibarətdir.