Kilian
Fransızların
ən məşhur "konyak" sülalələrindən birində dünyaya gələn Kilian
Hennessy, həssaslığı və atalarından miras qalmış özünəməxsus ətir ənənələrini
dünyaya çatdıran Kilian markasının yaradıcısıdır. Mütləq lüks ifadə edən, cəsarətli,
qayda pozan yanaşması Kilian brendinin fəlsəfəsini müəyyən edir.
2007
-ci ildə Kilian Hennessy tərəfindən yaranan Kilian, sevgi və qadağa, günah və məsumluq,
qaranlıq və işıq haqqında danışan on ətirdən ibarət bir əsər təqdim edir.
2010-cu ildə Kilian öz ətriyyat məhsullarına əlavə olaraq, Kilian Art-Deko üslubunda hazırlanmış zərgərlik məmulatları təqdim etmişdir.