Mancera
Parfüm
elitasının istedadlı və qeyri-adi nümayəndəsi, öz brendinin yaradıcısı Pierre
Montale ətir sənayesinin o nadir nümayəndəsidir ki, onun üçün əsas keyfiyyət
kommersiya uğuru deyil, öz fantaziyalarını reallaşdırmaq, sənətinin keyfiyyətli
təqdimat imkanıdır. Parfümer Mancera markasını 2007-ci ildə təsis etmişdir. Brendin
konsepti nəcib və nadir inqrediyentlərin, komponentlərin davamlı dəbdəbəsini,
Art Deco-nun yaradıcılıq istiqamətindən ilhamlanaraq gələcəyə yönəlmiş estetika
ilə daimi özünü təkmilləşdirmə axtarışını birləşdirir. Pierre Montale müasir
parfümeriyanın ən məşhur maestrolarından biridir, onun adı yüksək qiymətləndirilir,
ona görə də onun adını daşıyan ətirlər mükəmməllik və qüsursuzluq zirvəsi
olmalıdır.
Gösterilen: 1 ile 7 arası, toplam: 7 (1 Sayfa)