Menu
Sənin kartın

Acqua Di Parma

Acqua Di Parma

Acqua Di Parma 1916 – cı ildə, Parma - zəngin tarixi olan kiçik italyan şəhərinin mərkəzində yaradılmış niş ətir brendidir. Brend yaranan zaman, ətir bazarında ingilis və fransız ətirləri amansız rəqabət aparırdılar. Lakin Acqua Di Parma, alıcılarına həmin dövrün sərt qoxulu ətirlərindən fərqli olaraq, daha sərin və yüngül odekolon vəd edirdi.

1930 - cu illərdə Colonia Acqua di Parma artıq klassika, İtalyan üslubunun və zərifliyin simvolu adlandırılmışdır. İki onilliklər sonra isə brendin qızıl dövrü başladı. İtaliyaya, kino çəkilişləri üçün gələn Hollivud ulduzları, italyan dəsti-xətti ilə tanış olan zaman, “italyansayağı” ətir də, bu tanışlığa daxil olur. Lüks dərzi atelyelərində, geyim hazır olan zaman, geyimə məhz bu odekolonlar püskürdülürdü. Dövrün sevilən məhşurları, Eva Gardner və Lana Turner, daha sonra Audrey Hepburn, Acqua di Parma-nı sevərək - seçən məhşurlardan idilər.

1960-cı illərdə ətriyyat bazarı istehsal böhranı ilə üzləşdi. Rəqabət aparan şirkətlər tərəfindən çox böyük təzyiq, İtalyan markasını köhnə zirvələrdən uzaqlaşdırdı, lakin məhv etmədi.

Acqua di Parma-nın dirçəlişi 1993-cü ilə təsadüf edir. Dövrün üç böyük iş adamı, Cordero di Montezemolo (Ferrari şirkətinin prezidenti), Dieqo del Vale (Tod ' s-ın təsisçisi və sahibi) və Paolo Borgomanero (La Perla qrupunun həmtəsisçisi), markaya sevgi və klassik italyan ənənəsini qorumaq arzusu ilə, şirkətə sərmayə qoyaraq, onu yenidən canlandırırlar.

2001-ci ilin sentyabr ayında markanın uzun tarixində yeni fəsil başlandı: Acqua di Parma şirkəti dünyada bir nömrəli lüks holdinq olan LVMH şirkətinə daxil oldu. Lakin buna baxmayaraq, o, ənənələrə sadiq qalır. Bu günlərdə belə, essensiya yalnız əl ilə alınır və qablaşdırma sınaqdan keçirilmiş texnologiya üzrə bacarıqlı sənətkarlar tərəfindən aparılır. Lüks bilicilərindən olan, Acqua di Parma, əsas detallara, inqredientlərin seçiminə, əl işlərinə, yaradılmış məhsulların əla üslubuna və misilsiz keyfiyyətinə diqqət yetirir.

Acqua di Parma Colonia - sitrus ətirlər qrupuna aid olan ətir, kişilər və qadınlar üçün nəzərdə tutulmuşdur. Acqua di Parma Colonia 1916-cı ildə istehsal olunmuşdur.  Ətrin kompozisiyasına Bibəriyyə, Kəhrəba, Lavanda, Sitrus, Jasmin, Ağ müşk və Bolqar qızılgülü notları daxildir...
30,00AZN Vergiler Hariç:30,00AZN
Acqua di Parma Colonia Ebano - Kişilər üçün nəzərdə tutulmuş ətirdir, ətir odunsu ətirlər qrupuna aiddir. Colonia Ebano 2017-ci ildə istehsal olunmuşdur. Üst notlar: Qətran, Qırmızı bibər, Petitqreyn və Berqamot; Orta notlar: Eben ağacı, Bal; Əsas notlar: Vetiver və Paçuli...
29,95AZN Vergiler Hariç:29,95AZN
Acqua di Parma Gelsomino Nobile - qadınlar üçün nəzərdə tutulmuş ətirdir, ətir çiçəkli odunsu-müşk ətirlər qrupuna aiddir. Acqua di Parma Gelsomino Nobile 2011-ci ildə istehsal edilmişdir. Parfümerlər: Michel Almairac və Francois Demachy. Üst notlar: Mandarin və Çəhrayı bibər; Orta notlar: Jasmin, Q..
30,00AZN Vergiler Hariç:30,00AZN
Gösterilen: 1 ile 3 arası, toplam: 3 (1 Sayfa)