Balenciaga
Balenciaga – 1918-ci ildə,
San-Sebastianda Cristobal Balenciaga tərəfindən əsası qoyulmuşdur. Dövrünün
dahisi adlandırılan Balenciaga bir çox dəb trendlərinin əsasını qoymuşdur.
1937-ci ildə Parisdə Moda evinin açılışını edən dizayner, tezliklə Parisdə,
daha sonra dünyada məhşurlaşır. Balenciaganı hər zaman fərqləndirən tərz, hərəkətli
qadın ətəkləri, “baby doll” don, şar formasında dizayn olunmuş ətəklər və geniş
(oversize) geyimlərdir. Paris butikinin açılışından iki il sonra Balenciaga “Dəb
aləminin inqilabçısı” adlandırılır. Dizaynerin məhşurluğu o həddə çatır ki,
İkinci Dünya Müharibəsi zamanı, alıcılar dizaynerin əl işləri ilə tanış olmaq
üçün riskə gedərək, Avropaya səyahət edirlər. Dizaynerin alıcılarının
siyahısında olduqca tanınmış Hollivud ulduzları və dövlət xadimərinin xanımları
(Elizabeth Taylor, İspan və Belçika kral ailəsi, Jacqueline Kennedy və s.) yer
alır.
1947-ci ildə Balenciaga “Le Dix” adlı ilk ətrini yaradır. Kameralardan
və mediadan uzaq olmağına baxmayaraq, ilk ətrin siması məhz Balenciaga özü
olur.
1968-ci ildə dizayner təqaüdə çıxdığını açıqlayır. 1972-ci ildə isə
dünyasını dəyişir. Dizaynerin ölümündən 14 il sonra marka 1987-ci ildə fəaliyyətini
bərpa etsə də, əvvəlki popularlığı əldə edə bilmir. 1992-ci ildə Josephus
Trimester kreativ-direktor təyin olunduqdan sonra marka yenidən məhşurlaşır.
2001-ci ildən marka Gucci Group tərəfindən idarə olunur. Demna Gvasalia hazırda
Moda evinin art-direktorudur.