Sitrus notları bir çox ətirlərdə mövcuddur. Sitrus notu ətirlərə təravət, yüngüllük bəxş edir və ətrin həyatsevərliyini, dinamikliyini vurğulayır. Ətir üçün sitrus yağı meyvə qabığlarının soyuq sıxımının köməyi ilə əldə edilir. Sitrus komponentləri, uzun müddətli qalıcılıq ilə fərqlənmir, buna görə də, onları çox vaxt ətir kompozisiyasının üst notlarına daxil edirlər.  Lakin, bəzi hallarda istisnalar olur, sitrus notu ətrin orta və ya “ürək” notuna daxil edilir və ətrin qoxu piramidasında müstəsna rol oynayır.

Ənənəvi sitrus notlarına, naringi, portağal, berqamot, limon və nanə daxildir.

Sitrus ətirlərində istifadə olunan naringi, yorğunluqla, spazm ağrılarla, gərginliklə, qorxu hissi ilə mübarizə aparır, əlavə olaraq sinir sisteminə olduqca müsbət təsir göstərir. Naringi notu sevənlər üçün parfüm tövsiyyəsi:  Chanel Allure, Chanel Coco Mademoiselle, Creed Silver Mountain Water və s.

Portağal yağı daha çox idman və yay fəsli üçün nəzərdə tutulan ətirlərə əlavə edilir. Portağal yağından parfümerlər üç növ yağ alırlar:

Portağalın qabığından alınan şirintəhər qoxulu efir yağı;

Portağalın çiçəklərindən alınan neroli yağı;

Acı portağaldan və ya portağal yarpaqlarından alınan, acımtıl təəssürat yaradan petitqreyn yağı.

Portağal yağı, ələxüsus neroli yağı yuxusuzluğu müalicə edir və insanı həvəsləndirən əla ətirə malikdir. Araşdırmalara əsasən portağal yağı immun sistemini dəstəkləyir. Portağal notu ətirdə bir çox komponentlərlə uyumlu olsa da, qızılgül, büxur, yasəmən, ardıc və lavanda notları ilə birləşimi daha uğurlu sayılır. Portağal notu sevənlər üçün parfüm tövsiyyəsi: D&G The One, Dior Addict 1, Dior Addict 2, Dior Miss Dior Cherie Bloming, Escada Turquoise Summer  və s.

 

Berqamot yağı ətriyyatçılar üçün universal yağ sayılır. Bu, onun digər komponentlərlə asan uyğunlaşması, həm də ətrin digər komponentlərinin qoxusunu daha dərin vurğulaması ilə bağlıdır. Əlavə olaraq, berqamot yağı yüngüllük və rahatlıq hissi aşılayır. Berqamot notu sevənlər üçün parfüm tövsiyyəsi: Carolina Herrera 212, Carolina Herrera Good Girl, Cartier La Panther, Versace Yellow Diamond və s.

 

Sərin və ya sitrus ətirləri limonsuz təsəvvür etmək qeyri-mümkündür. Ətirdə limon notu təravətləndirir, enerji axınını sürətləndirir, ətrafadakı xoşagəlməz qoxuları neytrallaşdırır və hətta ən tutqun gündə belə əhval-ruhiyyəni qaldırır. Limon notu sevənlər üçün parfüm tövsiyyəsi: Burberry My Burberry Blush, Byredo Bal D`Afrique, ByRedo Flowerhead və Calvin Klein Ck və s.

 

Nanə də, digər sitrus notları kimi sinir sistemini sakitləşdirir, canlandırır, həmçinin insanı yaradıcılığa ruhlandırır. Nanə notu sevənlər üçün parfüm tövsiyyəsi: Versace Eros, Amouage Beach Hut, Antonio Banderas Blue Seduction, Balenciaga və s.

 

Sitrus notlarına qreypfrut, laym, yuzu, limon verbena və bir çoxlarını misal göstərmək olar. Son olaraq isə, sitrus notları gümrahlıq, sevinc və xoşbəxtlik hissi oyadır, özünə əminlik, optimizmin yüksəlməsi, və əla əhval-ruhiyyə ilə sahibini təmin edir. 

Qeyd: Qeyd olunan ətirləri EMMI Perfumery & Cosmetics-dən əldə edə bilərsiniz.