EL NABİL
Mövcud olduğu 9 il ərzində,
EL NABİL kosmetik brendi dünyanın bir neçə milyon istehlakçısının gündəlik həyatının
ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində brend öz ciddiliyini, eləcə də ən
sadiq müştərilərini daim təəccübləndirmək qabiliyyətini itirməyib. Bu gün şirkətdə
bir çox ekspertlər, o cümlədən məşhur fransız ətriyyatçıları çalışırlar. EL
NABİL yüksək keyfiyyətli xammalın istehsalı sayəsində Şərq və Qərb ətriyyatının
liderinə çevrilməkdədir. Bir çox markalardan fərqli olaraq marka, məhsullarında
təbii “ud” –dan istifadə edir. “Hər kəs üçün lüks!” şüarı ilə brend təqdim
etdiyi məhsulun keyfiyyətini daim nəzarətdə saxlayır. Marka, müştərilərin xoşbəxtliyi
üçün daim inkişaf edir, hər zaman, hər mövsümdə orijinal məhsullar təklif edir.
Brend məhşur ətirlərindən başqa alıcılara, uşaqlar üçün, interyer, avtomobil və
cib ətirləri təklif edir. EL NABİL brendi öz alıcılarına IFRA (Beynəlxalq Ətirlər
Assosiasiyası) tərəfindən 100% sertifikatlaşdırılmış məhsullar təklif edir. Beləliklə,
Avropa portalında qeydiyyatdan keçmiş brendin məhsulları şəffaflıq və mükəmməllik
baxımından ən ciddi standartlara cavab verir.
Listelenecek bir ürün yok