Mont Blanc
Mont
Blanc, Claus-Johannes Voss, Christian Lansen və Wilhelm Dziambor tərəfindən əsaslandırılmış Avropa
brendidir. Brend dəftərxana ləvazimatları
ilə biznesə başlasa da, sonradan istehsal seqmentini genişləndirərək saat, ətir
və digər aksessuarlar istehsal edir. İlk öncə sözügedən marka Simplo
Filler Pen Company adlanır. Daha sonra adını dəyişərək
Avropanın ən yüksək zirvəsi olan Mont Blanc adını daşıyır.
Brend
Presence adlı ilk ətrini 2001-ci ildə istehsal edir. Mont Blanc hansı məhsulu təqdim
etməsindən asılı olmayaraq, qüsursuz keyfiyyət axtarışı sayəsində həmişə liderlər
sırasında olan markadır. Markanın məhsullarını seçmək hər zaman prestij göstərici
olmuşdur. Bir çox dövlət əhəmiyyətli sənədlər bu markanın qələmləri ilə
imzalanmışdır.