Montale
Montale brendinin tarixi 2001-ci ildə Parisli
Pierre Montale-in Səudiyyə Ərəbistanına köçməsi və Qətərin kral ailələri üçün
uğurla şəxsi ətirlər yaratmağa başlaması, eyni zamanda Dubayda parfümeriya
salonlarında işləməsi ilə başlamışdır. Montale brendi 2003-cü ildə Fransada
keçirilən sərgidən sonra bütün dünyada böyük populyarlıq qazanır. Ud, səndəl
ağacı, paçuli, vetiver və dərinin fərdi notlarına malik Montale ətirləri təkcə ətir
təqdimatlarında və moda nümayişlərində deyil, həm də xüsusi tədbirlərdə, ofislərdə,
istirahət məkanlarında sevilərək istifadə olunan ətirlərdən olur.
Montale ətriyyatı niş məhsul hesab olunur və bu,
kifayət qədər ağlabatandır, çünki marka bazar tendensiyalarını izləmir və
reklam kampaniyaları keçirmir. Montale ətriyyatı ultra-lüks sinfinə aiddir.
Ətir versiyalarının müxtəlifliyi sayəsində hər bir ətir həvəskarı özü üçün, bu
markadan xüsusi və uyğun ətir seçimi edə biləcək.