Moschino
1983-cü ildə italyan dizayner Franko Moschino rəsmi
olaraq Moschino Couture brendini qeydiyyatdan keçirdir. Daha sonra marka
Moschino olaraq dəyişdirilir. Marka fəaliyyətinin ilk illərində qadınlar üçün “Casual”
kolleksiyalar istehsal edir. Eleqant paltarları Franco Moschino fərqli
yazılarla tamamlayır, pop sənət şəkillərindən istifadə edirdi.
1987-ci ildə brend özünün ilk ətri olan, qadınlar
üçün, çiçəkli, odunlu-müşk qoxulu
Moschino ətrini təqdim edir. 1999-cu ildə şirkət Aeffe S.p.A tərəfindən
alınır.
Gösterilen: 1 ile 5 arası, toplam: 5 (1 Sayfa)