Prada
1913-cü
ildə italyan Mario Prada tərəfindən qurulan ailəyə məxsus dəri məmulatları şirkəti
1980-ci illərin sonunda, Marionun nəvəsi Miuccia Pradanın rəhbərliyi altında
paltar, aksesuar və dəbdəbəli ətirlər istehsal edən böyük bir moda evinə
çevrilir.
Prada
portfelindəki debüt ətir 1990-cı ildə, ispan şirkəti Puig-lə əməkdaşlıq edilərək
istehsal olunmuşdur. Müəyyən müddət bu markanın ətirləri məhdud sayda istehsal
olunur və yalnız Prada butiklərində
satışa çıxarılırdı. Parfümeriya "qloballaşmasının" başlanğıcı "Prada
Eau de Parfum" ətrinin kütləvi tirajla istehsal olunmasından başlayır.
Moda
dünyasındakı təsiri baxımından Prada bu gün hətta LVMH korporasiyası kimi moda
sənayesinin liderinə belə rəqib ola bilər.