Roja Parfums
Roja Parfums-ün yaradıcısı Roja Dove
dünyanın ən yaradıcı parfümerlərindən biridir. Parfümerin ətir dünyasında
karyerası 1981 - ci ildə başlamışdır, bu müddət ərzində o, lüks və niş ətriyyatının
bir çox tanınmış istehsalçıları ilə əməkdaşlıq etmiş, həmçinin özünün iki
markasını-Roja Parfums və Haute Parfumerie brendlərini yaratmışdır. Ətriyyat
işində 30 ildən artıq təcrübəsi olan parfümer, 2011-ci ildə, Londonda öz ətir
evinin açılışını etmişdir. Çox tanış olmayan və klassik ətirlərdən uzaq bir çox
kompozisiyaların müəllifi olan Roje, qeyri-standart, avanqard və yaradıcı ətirlərin
populyarlığını insanların “hamı kimi olmaq istəməməsi”, istəyi ilə izah edir. Rolls-Royce,
V&A Muzeyi, Laurent-Perrier Roja-nın tərəfdaşlıq etdiyi nüfuzlu qlobal
brendlərdən yalnız bir neçəsidir.