Sisley
1976-cı
ildə Hubert və Isabelle d'Ornano cütlüyü ailə biznesi olan Sisley şirkətini
qururlar. Brendin fəlsəfəsi fitokosmetologiya prinsipinə - ən yaxşı nəticə əldə
etmək üçün ən yaxşı təbii bitki ekstraktlarından istifadəyə əsaslanır.
Kosmetika sahəsində təcrübəsi ilə Sisley bütün dünyada qadınlar və kişilər üçün
müstəsna keyfiyyətli, effektli məhsulları təklif edir və selektiv kosmetika
dünyasında ən prestijli brendlərdən biridir.
Hubert
və Isabelle d'Ornano sənətə olan sevgilərini və ondan doğan ilhamı rəhbər
tutaraq, onların fərdiliyini və zəngin daxili dünyasını əks etdirən ətirlər
yaradırlar. Unikal essensiyalardan ibarət bu eksklüziv ətirlərin hər birinin öz
hekayəsi vardır. Məsələn, “Eau du Soir” seriyası 1970-ci illərin
əvvəllərində hazırlanmışdı, lakin onun Sisley brendi altında ilk rəsmi buraxılışı
“Eau de Campagne” adlandırılır. “Eau du Soir” ətir seriyası 1990-cı ildə auditoriyaya
təqdim edilmişdir.
Bu
gün Sisley - kişi və qadın geyimləri, parfümeriya, saatlar və aksesuarların
istehsalında ixtisaslaşan məşhur fransız moda brendidir. Brendin üslubu zərifliyin,
ehtirasın orijinal birləşməsi ilə seçilir və klassik nümunələri trendlərlə birləşdirir. Həmçinin, marka inanılmaz geniş çeşiddə məhsul və
modelləri ilə rəqibləri arasında seçilir.