Sospiro Perfumes
Sospiro
Perfumes məşhur Xerjoff brendinin banisi, turinli ətriyyatçı Sergio Momo tərəfindən
2011-ci ildə yaradılan orijinal markadır. Dəbdəbəli, zəngin, dərin Sospiro ətirləri
parfümerin Yaxın Şərqə səyahətlərindən ilhamlanaraq İtaliya və Yaxın Şərq ətirçilik
ənənələrinin vəhdətindən yaradılmışdır. Nəticədə, həm konsept, həm də dizayn
baxımından qeyri-adi, möhtəşəm və valehedici ətirlər seriyası ətirsevərlərin
ixtiyarına verilmişdir. İndiyədək təqdim olunmuş hər iki kolleksiya klassik
musiqiyə həsr olunub və hər bir ətir bir musiqi termininin adını daşıyır. Kolleksiyaya
həm qadın, həm kişi, həm də universal ətirlər daxildir.
Gösterilen: 1 ile 12 arası, toplam: 12 (1 Sayfa)