Thierry Mugler
Thierry
Mugler eyniadlı markasını 1974-cü ildə təsis etmişdir. Mugler moda evi qadın və
kişi geyimləri, ətir və gözəllik kolleksiyaları istehsal edən lüks brenddir.
Brendin yaradıcısı Thierry Mugler brendin pərəstişkarlarını sevindirən misilsiz
ətirlərlə obrazlarıı vurğulayaraq bir çox unikal geyimlər yaratmışdır. Brend
özünün parlaq şouları, məşhur modellərin moda nümayişləri və qadın estetikası,
açıq şəhvət və modaya futuristik baxışlarını əks etdirən kolleksiyaların istehsalı
ilə məşhurdur. Bu gün Fransanın Mugler moda evinin yaradıcılığı tez-tez qırmızı
xalçada görünür və bu brendin libaslarını dünyanın tanınmış şəxsləri geyinir.
Brendin
ilk “Angel” adlı ətri 1992-ci ildə istehsal olunur. Dizaynerin qeyri-adi
yanaşması sayəsində ətir bu gün də aktuallığını itirmir. Ətrin inqilabi tərəfi
flakonun ulduz şəklində orijinal dizaynı ilə bağlıdır. Belə cəsarətli və kifayət
qədər uğurlu qablaşdırma Brosse Master Glassmakers tərəfindən hazırlanmışdır.
Thierry Mugler qeyri-ənənəvi pralin və paçuli notları ilə hər bir qadın xarakterinin
saf aspektlərini ifadə etməyə çalışırdı. Ətrin çəkici qoxusu və fərqli
qablaşdırması onu auditoriyaya sevdirir.