Tiffany & Co
Tiffany
zərgərlik evinin tarixi 1837-ci ildə 25 yaşlı Charles Lewis Tiffany və onun
keçmiş sinif yoldaşı Con B. Young-ın Tiffany and Young adlı mağazasını açmaq
üçün New York-a köçdükləri zaman başlamışdır. Onların mağazasında müxtəlif zinət
əşyaları, büllur, yüksək keyfiyyətli çini və gümüş məhsullar təklif olunur. Eyni
ildə, 1837-ci ildə, Tiffany-nin məhsullarının qablaşdırılması üçün firuzəyi
orijinal mavi bir qutu yaradılır.
80-ci
illərin sonlarında Tiffany & Co markasının eyniadlı debüt ətri istehsal
olunur. François Demachy tərəfindən yaradılan ətir şirkətin 150 illiyinə həsr olunur.
2019-cu
ildə şirkət LVMH tərəfindən alınır. Bu markanın ətirlərini istehsal etmə hüququ
Coty Corporation məxsusdur.