Trussardi
Bu
gün Trussardi adlı italyan moda evi bütün dünyada tanınır və bu təəccüblü
deyil, çünki onun tarixi ötən əsrin əvvəllərindən başlayır. Marka 1910-cu ildə
Dante Trussardi tərəfindən, Milandan 50 kilometr aralıda yerləşən Bergamo əyalətində
təsis olunur. İlk zamanlar əlcək hazırlayan kiçik bir emalatxana, zaman keçdikcə
məhşur brendə çevrilir. Geyim, ayaqqabı, çanta, ətir və s. məhsullar təklif edən
brendin bütün əşyaları dinamikliyi, üslubu və təbiiliyi ilə seçilir.
Şirkətin
fərqli xüsusiyyəti odur ki, o, məhsulları üçün materialları diqqətlə seçir,
yalnız ən dəbdəbəli parçalardan istifadə edir və istehsal zamanı ən xırda
detallara diqqət yetirir.
1980-cı
illərdə o, klassik ətirləri, sonra isə gənclər üçün “Action Sport”, “Action
Uomo” ətirlərini təqdim edir. Brendin ətir kolleksiyası 1991-ci ildə “Fragrance
Foundation”mükafatını alır. Parfümlər ətriyyatçılar Alberto Morillas, Aurelien
Guichard, Jean Guichard, Beatrice Piquet, Nathalie Lorson, Anne Flipo, Sophie
Labbe, Daphne Bugey, IFF, Alexandra Kosinski və Louise Turner ilə əməkdaşlıq
edilərək yaradılmışdır.
Bu gün Trussardi brendi mükəmməlliyin və sənət sevgisinin simvoludur.