Vertus
Vertus selektiv parfümeriya istehsal edən fransız brendidir. Vertus,
1996-cı ildə türk iş adamı Çetin Akat tərəfindən yaradılmışdır. Fransız dilindən
tərcümədə "Vertus" sözü "ləyaqət", "igidlik" mənasını
verir. Şirkət tədqiqat və inkişafdan tutmuş qablaşdırmaya qədər biznesin bütün
aspektlərində ən ciddi standartlar müəyyən etmişdir. Ən son texnologiyalardan
istifadə etməklə bütün istehsal prossesi diqqətlə izlənilir: mütəxəssislərin
maksimum gigiyena, təhlükəsizlik və səmərəliliyi qorunur, idarə olunan
logistika sisteminə riayət edilir və GLP şərtlərinə uyğun gələn innovativ
laboratoriyalardan istifadə edilir.
Məhsulların unikal tərkibi və ən yüksək keyfiyyəti sayəsində bu gün brend
Avropa və Yaxın Şərqdə xüsusi olaraq tanınır. Vertus Yaxın Şərq və Avropadakı ətir
həvəskarları üçün nəzərdə tutulmuş yeni parfümeriya kolleksiyası yaradaraq fəaliyyət
sahəsini genişləndirir.