Menu
Sənin kartın

Yves Rocher

Yves Rocher

Yves Rocher, davamlı istehsalla birlikdə xammalın təbiiliyinə diqqət yetirərək, orta qiymət seqmentində bitki mənşəli kosmetika və parfümeriyanın məşhur fransız istehsalçısıdır. Şirkət 1959-cu ildə Yves Rocher tərəfindən təsis olunmuşdur. Məhz o vaxt sahibkar Yves Rocher dəriyə qulluq kremini hazırlayır. Kremin uğurlu yaradılmasından sonra Yves Rocher doğma şəhərində bir neçə kiçik laboratoriya açır. İlk vaxtlarda gənc brendin mağazalara hazırlanmış kosmetika təqdim etmək imkanı olmadığından məhsullar poçtla göndərilirdi.

Brendin kosmetik məhsullarının tərkib hissəsi olan Yves Rocher ətirləri həm də dünyaya təbiilik və təmizlik ideyalarını gətirir. Şirkət 1970-ci ildə Yves Rocher “No.1” adlı lakonik adı olan ilk ətri satışa çıxarır. Ətir kompozisiyaya kəhrəba, çiçəklər və yabanı otların notları daxil idi.

2019-cu ildə şirkət iki yeni seriya təqdim edir - Eau de Parfum və Eau Fraiche, bu seriyanın kompozisiyaları üzərində məşhur parfümerlər - Fabrice Pellegrain, Marie Salamagne və Amandine Claire-Marie işləmşdir.

Yves Rocher-in ən son yenilikləri deməyə imkan verir ki, şirkət təbiətə qayğı prinsiplərinə əməl etməyə davam edir, burada ideya və ilham bizi əhatə edən dünyanın zənginliyindən və müxtəlifliyindən götürülür.

Brend: Yves Rocher
Yves Rocher Evidence - Qadınlar üçün nəzərdə tutulmuş ətir, şipr-çiçəkli ətirlər qrupuna aiddir. Ətir 2003-cü ildə istehsal olunmuşdur. Parfümer: Annick Menardo.(Naringi;) (Dəməşq qızılgülü;) (Vanil ,Paçuli.)..
0,00AZN Vergiler Hariç:0,00AZN
Gösterilen: 1 ile 1 arası, toplam: 1 (1 Sayfa)