Yves Saint Laurent
Saint Laurent Paris - qadın və kişi geyim, ayaqqabı və aksesuar
kolleksiyalarının yaradılması üzrə ixtisaslaşmış dünyaca məhşur fransız moda
evidir. Həmçinin, YSL adı altında ayrıca kosmetik və ətriyyat məhsulları istehsal
edilir.
1961-ci ildə Yves Saint Laurent və onun ortağı Pierre Berger amerikalı
sahibkar Con Mak Robinsonun maliyyə dəstəyi ilə Yves Saint Laurent moda evinin əsasını
qoyurlar.
Yves Saint Laurent yüksək modada inqilab edir. Dizayner qadın vücudunun gözəlliyinin
haqqını verir və modaya cazibədarlığı daxil edir.
1964 –cü ildə Yves Saint Laurent brendi altında ilk ətir bazara çıxır. Bu
lakonik "Y" adı olan qadın ətri idi. 1977-ci ildə Yves Saint Laurent
Opium ətirini təqdim edir və bu ətir dərhal ətir bazarında hit olur.
1999-cu ildə İtaliyanın Gucci şirkəti Yves Saint Laurent evinin əksər səhmlərini
alır. Hal-hazırda şirkət Kering nəznində fəaliyyət göstərir.